7 Dekabr 2021 17:56
1 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin mülki işlər naziri İda Karkiaynenin 15 yaşında nasist salamı verdiyi üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, nasist salamı verərkən çəkdirdiyi fotonun yayımlanmasından sonra böyük təpki ilə qarşılaşan Karkiaynen verdiyi açıqlamasında həmin vaxt 15 yaşında olduğu üçün bunu xatırlamadığını, amma bunu ironiya kimi edə biləcəyini bildirib.

Heç vaxt nasistlərlə işinin olmadığını bildirən nazir nasist ideologiyasına nifrət etdiyini və həyatının heç bir dövründə onlara rəğbət bəsləmədiyini vurğulayıb.

Karkiaynenin nasist salamı verən fotosu sosial mediada sərt reaksiyalarla qarşılaşdıqdan sonra istefası tələb olunub.

Sosial Demokrat Partiyasının lideri Maqdalena Andersson noyabrın 29-da parlamentdəki səsvermədə baş nazir seçildikdən sonra onunla birlikdə çalışacaq nazirləri açıqlayıb. Andersson Sosial Demokrat Partiyasından olan siyasətçi İda Karkiayneni mülki işlər naziri təyin edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər