8 Dekabr 2021 09:40
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden sabah ukraynalı həmkarı Vladimir Zelenski ilə telefonda danışacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin müşaviri Ceyk Sallivan açıqlama verib.

Sallivan Baydenin rusiyalı həmkarı Vladimir Putinlə söhbətindən sonra Fransa, Almaniya, İtaliya və İngiltərə liderlərinə zəng etdiyini və yaxın saatlarda konqresmenlərlə də danışacağını bildirib:

“Sabah Ukrayna Prezidenti Vladimir Zelenski ilə də telefonda danışacaq”.

Sallivan əlavə edib ki, önümüzdəki günlərdə bölgədə gərginliyin artacağı təqdirdə atılacaq addımları müzakirə etmək üçün sıx iş qrafiki var.


Müəllif: Mənsur Rəğbətoğlu