8 Dekabr 2021 11:36
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ rəhbərliyinin Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə bu ölkədəki Amerika vətəndaşları üçün təxliyə planı hazırladığı iddia olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəhbərliyi ilə evakuasiya planı hazırlanır və ABŞ vətəndaşlarının Rusiya işğalına qarşı Ukraynadan ən qısa zamanda təxliyyə edilməsi variantları dəyərləndirilir.

Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya müdaxilə qərarı verib-vermədiyinin hələ bilinmədiyini bildirən mənbələr Moskvanın hazırda sərhəd bölgəsində sürətli hücum etmək üçün silah-sursat və canlı qüvvələrinin olduğuna diqqət çəkib.

Mənbələr bildiriblər ki, hazırda təxliyə tələb edən vəziyyət yoxdur, amma bu plan Co Bayden administrasiyasının Rusiyanın Ukraynaya təhdidini nə qədər ciddi qəbul etdiyini göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu