Rusiyanın Ukraynanı işğal etməsinə dair narahatlıqlarını dilə gətirən ABŞ Milli təhlükəsizlik müşaviri Cek Sallivan işğal faktı durumunda ABŞ-ın Rusiyaya 2014-cü ildə tətbiq etmədiyi sanksiyaları işə salacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Ağ-Evin Milli təhlükəsizlik müşaviri Prezident Co Bayden və Vladimir Putin arasında baş tutan 2 saat 1 dəqiqəlik müzakirələr haqqında da danışıb.
Cek Sallivan Rusiyanın Ukrayna ilə sərhədlərində həddindən artıq çox hərbi qüvvələrin olması və Ukraynanın işğal edəcəyinə dair narahatlıqlar qarşılığında ABŞ-ın davranışlarının necə olacağını açıqlayıb. Bildirib ki, Rusiya Prezidenti Putinin Ukraynanı işğal etmək mövusunda qərar verdiyinə inanmır.
Bununla belə Sullivan bildirib ki, Rusiya Ukraynanı işğal edərsə, Vaşinqton Avropadakı müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı iqtisadi tədbirlər görəcək. ABŞ-ın istənilən fövqəladə vəziyyətlə məşğul olmağa hazır olduğunu deyən ABŞ rəsmisi lazım gələrsə, ABŞ-ın 2014-cü ildə Rusiyaya qarşı tətbiq edilməyən sanksiyaları işə salacaqlarını bildirib.
“İşğal durumunda ABŞ Ukraynaya müdafiə dəstəyi verəcək və NATO-nun şərq cəbhəsindəki müttəfiqlərinə hərbi dəstəyini artıracaq”, -Ağ Ev rəsmisi açıq deyib.
Sallivan əlavə edib ki, Prezident Baydenin bu gün etdiyi şey, Rusiyanın işğal etmək variantını seçəcəyi təqdirdə onlar üçün nəticələrini çox aydın şəkildə göstərməkdir.
Bayden və Putinin görüşünü “faydalı görüş” kimi qiymətləndirən Sallivan ABŞ-ın mövqeyini ifadə etmək və irəliləyişləri müəyyən etmək baxımından bunun faydalı olduğunu bildirib.