Rusiya Prezidenti Vladimir Putin bu gün postundan ayrılan Almaniya Kansleri Angela Merkelə “Sizə” adlı teleqram göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Rusiya lideri səmərəli əməkdaşlığa görə Merkelə səmimi təşəkkürünü bildirib və daim təmasda olduqlarını və ən çətin vəziyyətlərdən belə çıxış yollarını tapmağa çalışdıqlarını vurğulayıb.
“Almaniya hökumətinə rəhbərlik etdiyiniz illər ərzində Avropada və bütün dünyada haqlı olaraq yüksək nüfuz qazanmısınız. Əminəm ki, dövlət xadimi və siyasətçi kimi zəngin təcrübəniz daim tələb olunacaq”, - teleqramda deyilib.
Putin həmçinin Merkellə dostluq əlaqəsini davam etdirəcəyinə əminliyini ifadə edib.
Almaniya Sosial Demokrat Partiyasının lideri Olaf Şolz bu gün Bundestaqın deputatları tərəfindən Almaniyanın yeni kansleri seçilib. O, bu vəzifədə 16 ildən artıq hakimiyyətdə olmuş Merkeli əvəz edib.