8 Dekabr 2021 21:06
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada dekabrın 6-dan qüvvəyə minən yeni qaydalar çərçivəsində vaksin sertifikatı olmadan ictimai nəqliyyatdan istifadə edənlər cərimələnirlər.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən gün polis 132 min 807 nəfərin sənədlərini yoxlayıb. Onlardan 611-i vaksin sertifikatı olmadığı, 3535 nəfəri isə tibbi maskadan istifadə etmədiyi üçün sanksiyaya məruz qalıb.

Qeyd edək ki, “Super yaşıl keçid kartı” (“Super green pass”) adlandırılan yeni qaydalar yanvarın 15-dək qüvvədə olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər