Fransa və İtaliyada güclü yağışların səbəb olduğu sel yaşayışı çətinləşdirib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fransanın cənubundakı Le Gard et la Lozere şəhərini təsiri altına alan şiddətli yağış və fırtınada 3-ü eyni ailədən olmaqla, 5 nəfər bir maşının içində boğulduğu bildirilir.
İtaliyanın şimalındakı Cerro di Laveno bölgəsində təsirini artıran yağış sürüşməyə yol açıb və nəticədə 2 nəfər torpaq altında qalaraq ölüb.
Regionda çoxlu sayda ev və avtomobillər suya qərq olub. İtaliyanın Cenova şəhərində itkin düşmüş bir nəfərin axtarışı ilə bağlı xüsusi briqada yaradılıb.
Samir