9 Dekabr 2021 12:44
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya hökuməti Polşa-Belarus sərhədində davam edən qaçqın problemi ilə əlaqədar olaraq rəsmi Varşavaya dəstək məqsədilə bölgəyə 150 hərbçi göndərmək qərarını verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çexiya müdafiə naziri Lubomir Metnar Tvitter hesabında bildirib.

Nazir deyib ki, Çexiya Polşa-Belarus sərhədində davam edən qaçqın probleminin qarşısının alınmasına dəstək məqsədilə 150 hərbçini 180 gün müddətinə Varşavaya göndərir. Nazir əlavə edib ki, bu müddətdə 150 hərbçinin xərcləri 86 milyon kron (3,4 milyon avro) olacaq.

Amma bunun həyata keçirilməsi üçün Çexiya parlamentinin hər iki qanadı qərara dəstək verməlidir.

Məlumata görə, Çexiya Silahlı Qüvvələrinin 53-cü hərbi alayı, 102-ci müşahidə taboru və 533-cü taborundan seçilən əsgərlər yeni il bayramından əvvəl Polşa-Belarus sərhədinə çatacağı bildirilib.

Qeyd edək ki, Polşa hökuməti Belarusla sərhədə əlavə 15 min əsgər göndərib. İngiltərə 155, Estoniya isə 150 əsgər göndərməklə Varşavaya dəstəyini ifadə edib. İndi isə Çexiya belə bir addım atır.


Müəllif: Nemət