ABŞ-ın Arizona ştatınında Əyalət Universitetinin kitabxanasında Quran Kərimin səhifələrini yandırıblar.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Arizona ştatında islamofobiya miqyasını tam olaraq ortaya qoyan hadisə baş verib. Amerika mətbuatının xəbərinə görə, təxminən 75 min tələbəsi olan Arizona Dövlət Universitetində (ADU) Quran səhifələri cırılaraq yandırılıb.
ADU Müsəlman Tələbələr Dərnəyi bəyanat yayaraq, çərşənbə günü çoxlu müsəlman tələbənin namaz qılmaq üçün getdiyi Hayden kitabxanasının bir otağında törədilən iyrənc hücumu pisləyib və universitet rəsmilərini hadisəni araşdırmağa çağırıb.
Polis sözçüsü Adam Wolfe deyib ki, ASU Polis Departamentinin dedektivləri bütün mövcud sübutları toplayıblar və araşdırma aparırlar.