Çin Tayvan hava sahəsini səkkiz qırıcı və iki nüvə başlığı daşıyan bombardmançı təyyarə daxil olmaqla 13 hərbi təyyarə ilə pozub.
Teleqraf.com xəbər verir ki, Tayvan Müdafiə Nazirliyi Çin təyyarələrinin Tayvanın hava sahəsinə daxil olduğunu elan edib.
Tayvan öz hava məkanına uçan bütün təyyarələrdən özlərini təqdim etmək və niyyətləri haqqında məlumat tələb edir.
Çin tərəfindən göndərilən bombardmançı təyyarələr və Y-8 casus təyyarələri geri qayıtmazdan əvvəl adanın cənub ucundan şərq tərəfə qədər uzun bir məsafə uçduğunu bildirib.
Qeyd edək ki, Çin aylardır bölgədə güc nümayiş etdirmək və Tayvan hökumətini sıxışdırmaq üçün oxşar uçuşlar həyata keçirir.
Qeyd edək ki, Pekinin son addımı ABŞ administrasiyasının Tayvana dəstək mesajından sonra baş verib.