Türkiyədə 6 nəfərin koronavirusun "omikron" ştamına yoluxma halı aşkar edilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
"Türkiyədə altı nəfərdə "omikron" variantı aşkar edilib. Xəstəliyə yoluxanlardan biri İstanbulda, beşi isə İzmirdədir. Bu altı nəfərə xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb".
Nazir vətəndaşları koronavirusa qarşı tədbirlərə riayət etməyə davam etməyə çağırıb.