12 Dekabr 2021 12:58
2 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə, Şərqi Avropadakı NATO ölkələrinə əlavə qüvvələr göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin saytında yayılan bəyanatda deyilir.

Amerika lideri bildirib ki, bu baş verərsə, iqtisadi nəticələrin Rusiya üçün nə qədər çox zərbə vuracağını Vladimir Putinlə də aydınlaşdırıb. Bayden əmindir ki, bu cür addımlar təkcə Moskvaya təsir etməyəcək, həm də digər ölkələrin ona münasibətini dəyişəcək.

"Onlar çox ağır bədəl ödəyəcəklər" - deyə Ağ Ev rəhbəri qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər