17 Noyabr 2014 17:22
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonun mərkəzində yerləşən Vestminster sarayında Böyük Britaniya parlamentinin bir hissəsi təxliyyə olunub.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, yerli polis buna səbəb kimi bomba təhlükəsinin olmasını göstərib. Onlar binada şübhəli paketin tapıldığını və nəticədə binanın müəyyən hissəsinin boşaldıldığı, binaya bitişik küçələrdə avtomobillərin hərəkətinin dayandırıldığını bildirirlər.

Təhlükəsizlik qüvvələri faktla bağlı araşdırmalara başlayıb.

Samir


Müəllif: