İsrailin iyun və sentyabr aylarında İrana qarşı iki hücum həyata keçirdiyi və bundan əvvəl rəsmi Vaşinqtonu məlumatlandırdığı iddia edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsraildə nəşr olunan “Haaretz” qəzeti yazıb.
Nəşrin ABŞ-ın rəsmi mənbələrinə istinadən verdiyi xəbərə görə, İsrail iyun ayında uranın zənginləşdirildiyi sentrifuqa obyektinə və sentyabrda isə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) raket bazasına hücum edib.
Təl-Əvivin sözügedən hücumlardan əvvəl ABŞ-ı məlumatlandırdığı hücumların İranın paytaxtı Tehranda həyata keçirildiyi bildirilib.
“ABŞ administrasiyasına görə, İsrailin hazırkı Baş naziri Naftali Bennet İranın nüvə fəaliyyəti ilə bağlı dosyesi keçmiş baş nazir Binyamin Netanyahudan daha şəffafdır”, - qəzet yazıb.