İsrailin baş naziri Naftali Bennet bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk rəsmi səfərə yola düşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, baş nazir dekabrın 13-də Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşəcək.
"Baş nazir Bennet Əbu-Dabinin vəliəhd şahzadəsinin dəvəti ilə bu gün BƏƏ-yə ilk rəsmi səfərinə yola düşəcək. Sabah (13 dekabr - red.) baş nazirin Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü keçiriləcək", - deyə mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilir ki, liderlər İsrail və BƏƏ arasında əlaqələrin dərinləşdirilməsini, o cümlədən iki ölkə arasındakı münasibətlərdə rifahın və sabitliyin artmasına töhfə verəcək iqtisadi və regional məsələləri müzakirə edəcəklər.
Sənəddə vurğulanır ki, bu, İsrail baş nazirinin BƏƏ-yə tarixdə ilk rəsmi səfəridir.