13 Dekabr 2021 12:54
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı analitik Con Heyleman 20-30 milyon ABŞ vətəndaşının Prezident Co Baydeni devirmək üçün silahlanmağa hazır olduğunu iddia edib.

Teleqraf.com xəbər verir ki, Con Heyleman MSNBC-nin suallarını cavablandırıb.

Ekspert ABŞ-ın keçmiş prezidenti Donald Trampla bağlı epizodda bunu deyib:

“Co Baydenin legitim olmadığını və onu zorakılıqla hakimiyyətdən uzaqlaşdırmağın və Donald Trampın qayıdışını bərpa etməyin mümkün olduğunu göstərən 8, bəlkə də 12 faiz kimi yüksək göstəricilərin yer aldığı araşdırmalar var. Bu, 20-30 milyon insanın silaha sarılmağa hazır olduğunu göstərir”.

Con Heyleman həmçinin bildirib ki, Tramp tərəfdarları siyasi zorakılığı təşviq edən kütləvi hərəkatı təmsil edirlər.

Ekspert ABŞ prezidentinin ölkə daxilindəki reytinqinin sürətlə düşdüyünü söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər