“ABŞ və NATO Rusiyaya bölgədə təhlükəsizlik qarantiyası verməsə, bunun ciddi bir anlaşmazlığa yol aça biləcəyini düşünürəm”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
Qeyd edək ki, Rusiya lideri Putin NATO-nun şərqə doğru genişlənməməsi və ya siahlarını rus torpaqlarına yaxın yerlərdə yerləşdirməməsi üçün rəsmi qarantiya istəmişdi.
Xarici işlər nazirinin müavini Aleksanr Pankin bildirib ki, bu mövzuda inkişaf müşahidə edilməzsə, Rusiya hərbi cavab verə bilər.
Qeyd edək ki, bu gün G7 ölkələri Rusiyaya Ukraynanı işğal etməməklə bağlı xəbərdarlıq edib.