Ukrayna parlamentindəki hakim “Xalqın xidmətçisi” fraksiyasının deputatı Aleksandr Danutsa ölkəsinin Rusiya təcavüzünə necə müqavimət göstərməli olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “Ukrayna 24” telekanalının efirində danışıb.
Aparıcı ondan Rusiya-Ukrayna sərhədindəki vəziyyəti dəyərləndirməyi və Kiyevin Moskvanın təcavüzündən özünü necə müdafiə etməli olduğunu soruşub.
Suala cavab verən Danutsa Rusiyanı “qadınları zorlayan təcavüzkar qonşu” adlandırıb. Aparıcı deputatdan bu cür müqayisələrdən əl çəkməyi, mövzuya konkret və aydın şərh verməsini istəyib.
“Mən bunu Ukraynanın təhlükə altında olduğunu göstərmək üçün deyirəm. Bu vəziyyətdən çıxmaq üçün sərhədlərin təhlükəsizliyini təmin etməliyik. Qoşunları gücləndirməliyik və digər işləri görməliyik”, - deputat bildirib.