13 Dekabr 2021 23:13
3 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis elm adamı Deniel Rotman dünyanın sonu ilə bağlı maraqlı nəzəriyyə irəli sürüb. Rotmana görə, bəşəriyyət dünyanın sonunu yanlış yerdə axtarır, əsl fəlakət kosmosdan yox, okeanlardan gələcək.

Teleqraf.com xəbər verir ki, elm adamı 2100-cü ilə qədər okeanlardakı karbonun həcminin artmasının kütləvi yox olmaya səbəb ola biləcəyini iddia edib.

Qlobal istiləşmənin artması ilə elm adamları kütləvi yox olma ilə bağlı öz nəzəriyyələrini irəli sürməyə başlayıblar. Okeanlar və dənizlərlə bağlı araşdırmaları ilə tanınan alim Deniel Rotman da dünyanın sonu ilə bağlı təəccüblü açıqlama verib.

Rotman bütün dünyanın gözünü kosmosa dikdiyini, amma əsl fəlakətin kosmosdan yox, okeanlardan gələcəyini bildirib. O, okeanlardakı karbonun həcminin sürətlə artdığını və bunun miqdarının 2100-cü ildə 500 giqatona (1 milyard ton) çatacağını deyib. O, bunun kütləvi yox olmaya səbəb ola biləcəyini iddia edib. Bununla belə, Rotman bunun üçün hansı rəqəmin lazım olduğunu dəqiq bilmədiyini vurğulayıb.

Karbon emissiyalarının artmasının əvvəllər də 4 kütləvi məhvə səbəb olduğunu bildirən Rothman belə deyib:

“Hazırda okeanlarda karbonun həcmi 300 giqatondur. 100-200 il sonra bu səviyyə 500 giqatona yüksələcək. Bu, kütləvi məhvə səbəb ola bilər. Amma insanlar bizim kütləvi məhvə getdiyimizi anlamaya bilər, çünki bunun dəyişməsi uzun illər aparır. Yenə də yer üzündəki 5 kütləvi yox olmaqdan 4-ü karbonla əlaqədar olub. Artımın diqqətlə izlənilməsi lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər