ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) uçan naməlum obyektlərlə (UNO) bağlı araşdırmalarını davam etdirir.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Stenford Universitetinin professoru Harri Nolan CIA-nın UNO-lar haqqında dünyadan gizlətdiyi araşdırmanın nəticələrini açıqlayıb.
Nolan CIA-nın tələbi ilə UNO-larla qarşılaşan pilotların beynini açdığını bildirib.
Professor son 10 ilini ABŞ hökumətinin bu sirli obyektlərlə əlaqəli olduğunu iddia etdiyi materialları təhlil etməyə sərf edib. Bu materiallar arasında UNO-larla qarşılaşan qırıcı pilotlarının beyin skanları da var.
“Bir problem olduğunu görmək üçün həkim olmaq lazım deyil. Onlardan bəzilərinin beyni dəhşətli dərəcədə zədələnmişdi. Məni işə cəlb edən də bu oldu”, - Nolan deyib.
Nolan araşdırması zamanı əksəriyyəti hərbçi və ya hökumət üzvləri, yaxud aviasiya sənayesində çalışanlar olan 100-ə yaxın xəstənin məlumatlarını təhlil edib.