16 Dekabr 2021 09:23
2 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal istiləşməyə əsasən quraqlıq, içməli su ehtiyatlarının azalması və qütblərdə buzlaqların əriməsi kimi faktorlar göstərilir. Canlıların həyatını təhdid edən bu prosesin səbəblərinin təkcə insanlar olmadığı anlaşılıb.

Teleqraf.com xəbər verir ki, araşdırma nəticəsində istixana qazlarının təsirini maksimum dərəcədə artıran yeni torpaq növü aşkar edilib.

“WebTekno”nun məlumatına görə, tədqiqatçılar Şimal yarımkürəsində bir milyon kvadrat kilometrdən çox ərazini əhatə edən Yedoma adlı donmuş torpaq növünün qlobal istiləşməni böyük ölçüdə tətiklədiyini üzə çıxarıblar. Lena və Kolyma çaylarının yerləşdiyi Şimali Sibir bölgəsini araşdıran tədqiqatçılar Yedomanın azot oksidi (N2O) kimi iri həcmdə istixana qazı buraxdığını aşkar ediblər. Bu, qlobal istiləşməyə karbon qazından 300 dəfə çox səbəb olur.

Donmuş torpaq quruluşunun ani ərimələrlə karbon və azot buraxdığını bildirən elm adamları bu prosesin qütbdə yerləşən çayların kənarlarında tez-tez yaşandığını deyiblər. Yedomadan ayrılan azot oksidi torpaqdakı mikroblar sayəsində əmələ gəlir. Ancaq bu prosesin kritik hissəsi budur: azot oksidi atmosferdə karbon qazı və metan qazı qədər bol deyil. Bununla belə, onun qlobal istiləşməyə təsiri karbon qazından 300 dəfə çoxdur.

Tədqiqatçılar əvvəlki araşdırmalarına əsaslanaraq, donmuş torpaq strukturlarının iqlim dəyişikliyinə böyük təsir göstərə bilməyəcəyi qənaətində idilər. Bunun səbəbi Arktik torpaq növlərinin azot dövranının kifayət qədər yavaş olması düşüncəsiydi. İndi isə elm adamları bu qənaətdədirlər ki, bu yeni məlumatlar işığında bu torpaq növlərinin iqlim dəyişikliyinə necə təsir edəcəyi ilə bağlı daha çox araşdırma aparılmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər