15 Dekabr 2021 13:03
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın ötən ay ölkəsinə müdafiə silahlarının satışına veto qoymasına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Ukrayna lideri bu barədə İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində danışıb.

“Bir müddət əvvəl Almaniya NATO-dan müdafiə sistemləri almağımıza mane oldu. Müharibənin səkkizinci ilində onları almaq hüququmuz yoxdurmu? Aydındır ki, var. Özünü təhdidlərdən qorumaq istəyən istənilən demokratik dövlətin bu cür müdafiə vasitələrini almaq hüququ olmalıdır. Amma bəzi paytaxtlarda hələ də qorxu hökm sürür”, - Zelenski bildirib.

Zelenski Rusiya Prezidenti Vladimir Putinin Ukrayna NATO üzvlüyündən imtina etsə, ölkə sərhədindəki qüvvələri geri çəkəcəkləri ilə bağlı açıqlamasını xatırladan jurnalistin sualını da cavablandırıb:

“Dövlətimiz dünyanın üçüncü ən böyük nüvə arsenalı olan sovetin nüvə arsenalından imtina etdi və bunun müqabilində xüsusilə Rusiyadan sərhədlərimizə və təhlükəsizliyimizə hörmət ediləcəyinə dair zəmanət aldı. Amma bütün bunlar zibil qutusuna atıldı. Bu qədər vəd yerinə yetirilmədi, indi ruslardan zəmanət iddiası eşitmək qəribə təsir bağışlayır”,

ABŞ Prezidenti Co Baydenin sərt iqtisadi sanksiyalar təhdidinin Moskvanı dayandırıb-dayandırmayacağı ilə bağlı sualı cavablandıran Zelenski deyib:

“ABŞ və Rusiya liderləri arasında aparılan danışıqlardan sonra sərhədlərimizdəki qüvvələrin sayında azalma yoxdur. Eyni zamanda, Azov dənizindəki sularımızın 70 faizi Rusiya tərəfindən blokadaya alınıb. Bu durumla bağlı dəyişikliklər olarsa, irəli sürülən arqumentlər inandırıcı səslənə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər