Amerikalı respublikaçı konqresmen Mett Qets Ukraynanın rusdilli hissəsinin Rusiyaya qoşulmasının tərəfdarı olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, “Real America's Voice”-a müsahibəsində danışıb.
Konqresmen bildirib ki, hadisələr bu cür inkişaf edəcəyi təqdirdə anti-Rusiya sanksiyaları gülünc sonluqla nəticələnəcək. Onun sözlərinə görə, Rusiya dollar aktivlərini azaldıb ki, bunun nəticəsində ABŞ-ın ona qarşı sanksiyaları istənilən effekti verməyəcək.
Qets sanksiyaların Rusiyanın iqtisadi müstəqilliyini gücləndirdiyini iddia edib.