İngiltərədə 34 il əvvəl iki qadını öldürən və 100-dən çox qadın cəsədinə təcavüz edən David Filler ömürlük həbs cəzasına layiq görülüb.
Teleqraf.com xəbər verir ki, Fuller 1987-ci ildə Tunbridq Vells qəsəbəsində Vendy Knell və Karolina Pierkeni öldürüb.
Fuller 12 il ərzində Kent şəhər xəstəxanasında elektrik kimi işlədiyi hər iki cəsədxanada uşaqlar da daxil olmaqla cəsədlərə cinsi istismar və zorakılıq edib.
Meydston Cinayət Məhkəməsində keçirilən iclasda iştirak edən zərərçəkənlərin yaxınları Fuller üçün “alçaq, xəstə və azğın heyvan” ifadələrini işlədiblər.
Hakim Çemma Qrubb hökm oxunmazdan əvvəl qatilə deyib ki, onun hərəkətləri cəmiyyətdə böyük kədərə səbəb olub: “Sizin hərəkətləriniz anlaşılmaz və ləyaqətdən uzaqdır. Siz ölülərin ləyaqətinə hörmət etmədiniz”.
Fuller iki qətlə görə ömürlük və digər cinayətlərinin hər birinə görə 12 il həbs cəzası alıb.
Ölkənin Səhiyyə Nazirliyi Fullerin xəstəxanada işlədiyi müddətdə fəaliyyəti barədə müstəqil araşdırmaya başlayıb.
İstintaqı aparan qrup isə DNT texnikasındakı son inkişaflar və polis əməliyyatları sayəsində Fullerin iki qətli törətdiyinin müəyyən edildiyini açıqlayıb.
Fuller 2020-ci ildə qətllərdə şübhəli şəxs kimi həbs edildikdə evində aparılan axtarış zamanı onun ölüxanada cəsədləri incitdiyinə dair görüntülər tapılıb. Evdəki bəzi fayllarda 2008-ci ildən 2020-ci ilin noyabrına qədər davam edən zorakılığın görüntüləri, həmçinin qurbanların adları var. Onların arasında üç uşaq da olub.
Fuller 1989-cu ildən Kent və Sussex xəstəxanasında 2011-ci ilin sentyabrında bağlanana qədər elektrik işçisi kimi çalışıb. Fuller daha sonra Tunbridqe Vells xəstəxanasında işə düzəlib və həbs olunana qədər burada “fəaliyyətini” davam etdirib. Araşdırma Fuller gecə növbələrində ölüxanaya getdiyi və digər işçilər çölə çıxanda cəsədləri “ziyarət etdiyi”ni ortaya çıxarıb.
Prokuror Dunkan Atkinson deyib ki, David Fuller sistematik olaraq qadın və qızların cəsədlərinə cinsi təcavüz edib. Onun ən azı 102 qadına təcavüz etdiyi ehtimal olunur. Bunların arasında 9 və 16 yaşındakı qız və 100 yaşında iki qadın cəsədi də olub.
Noyabrda başlayan məhkəmə prosesində Fuller günahını etiraf edib. İşlədiyi ölüxanalarda 51 ayrı cinayəti, o cümlədən şəxsiyyəti müəyyən edilmiş 80-dən çox qurbanla bağlı 44 ittihamı etiraf edib.