Aktrisa və müğənni Tania Mendoza 11 yaşlı oğlunu gözləyərkən Futbol akademiyasının qarşısında qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, hadisə Meksikada baş verib.
Tania Mendoza 11 yaşlı oğlunun futbol məşqindən çıxmasını gözləyirmiş. Bu zaman yoldan keçən motoskiletdəki şəxs bir neçə dəfə atəş açıb. Və saniyələr sonra aktirsa ölüb. Qatil hadisə yerindən sürətlə uzaqlaşıb. Polis əməliyyata başlasa da, indiyə qədər heç kimi saxlamayıb.
Qeyd edək ki, 2005-ci ildə Meksikada ən məşhur aktrisa olan Mendozanın əri və altı aylıq uşağı 2010-cu ildə qaçırılmışdı. Üstəlik bir evə aparılan Mendoza və əri vəhşicəsinə döyülmüşdü. Daha sonra bir neçə dəfə ölüm təhdidi almışdı.
Aktrisa son illər müğənniliklə məşğul olub və beş albom buraxmışdı.
Rəsmi rəqəmlərə görə, Meksikada hər gün azı 10 qadın öldürülür.
“El Pais” nəşri qeyd edir ki, Mendoza Morelos əyalətində son 24 saatda öldürülən üç qadından biri olub.