Cənubi Koreyada insan haqları qrupu edamlarla bağlı hesabat yayımlayıb. Bildirilib ki, Kim Çen In Cənubi Koreya videolarını izlədiyi üçün 7 nəfəri edam etdirib və hamı ilə birlikdə özü də prosesi izləyib.
Teleqraf.com xəbər verir ki, 6 il ərzində 683 Şimali Koreyalı qaçqınla müsahibə aparan Seuldakı Keçid Ədalət İşçi Qrupu narkotik maddələr, fahişəlik və insan alveri ilə bağlı ittihamları ilə ümumilikdə 27 edamı sənədləşdirib.
Qrup 2021-ci ilin may ayında Cənubi Koreyada fəaliyyət göstərən müxalif onlayn qəzetə “Daily NK”nın Şimali Koreya hakimiyyətinin Cənubi Koreya filmləri və musiqiləri olan CD və USB-ləri qeyri-qanuni şəkildə satan bir şəxsi açıq şəkildə edam etdiyini bildirib.
Qrupun hesabatında deyilir ki, Cənubi Koreya ilə bağlı videolara baxmaq və ya yaymaqda ittiham olunan şəxslərlə bağlı sənədləşdirilmiş 7 hadisədən 6-sı 2012-2014-cü illər arasında Ryanqqan əyalətinin Hyesan şəhərində, biri isə 2015-ci ildə Şimali Hamgyong əyalətinin Chongjin şəhərində baş verib.
“Kim Çen In administrasiyası altında cinayətlərin xəritəsi: Şimali Koreyanın beynəlxalq təzyiqlərə reaksiyası” adlı araşdırmada həmçinin məlum olub ki, insan hüquqlarının pozulmasına dair beynəlxalq reaksiyanın artması səbəbindən Pxenyan məlumat sızmasının qarşısını almaq üçün gizli şəkildə ölüm hökmləri icra etməyə başlayıb.
Çərşənbə günü açıqlanan hesabatın aparıcı müəllifi Park Ahyeong deyib ki, bizim tapıntılar göstərir ki, Kim Çen In rejimi beynəlxalq nəzarətin artması səbəbindən insan hüquqları məsələlərinə daha çox diqqət yetirir: “Bu, ölkədə insan haqlarının vəziyyətinin yaxşılaşdığı anlamına gəlmir. Dövlət tərəfindən törədilən qətllər əvvəlki qədər açıq olmayan şəkildə baş verməkdə davam edir”.
Şimali Koreya həbs düşərgələrinin mövcudluğunu inkar edir və qərb ölkələrini insan haqları tənqidindən ona qarşı düşmənçilik siyasətinin bir hissəsi kimi istifadə etməkdə ittiham edir. Qrup Şimali Koreyanın kəndlərdə və əsir düşərgələrində edamlar həyata keçirdiyini bəyan edir. Bildirilir ki, ölkə rəhbərliyi və rəsmilər sıx məskunlaşma olan ərazilərdə edam həyata keçirməkdən qaçınır.
Qrup həmçinin bildirib ki, ölkə sərhədlərinə yaxın və peyklər tərəfindən asanlıqla izlənilən obyektlərdə edamları dayandırır: “Bu mövqe dəyişikliyi dövlətin hərəkətlərinin beynəlxalq ictimaiyyətin reaksiyası səbəbindən ortaya çıxması ilə izah oluna bilər”.