Şimali Koreyada keçmiş lider Kim Çen İrin ölümünün 10-cu ildönümü münasibətilə 11 günlük matəm elan edilib.
Teleqraf.com xəbər verir ki, bu müddət ərzində ölkədə spirtli içkilər qəbul edilməyəcək, alış-veriş edilməyəcək, hətta gülməyə belə icazə verilməyəcək.
1994-2011-ci illərdə Şimali Koreyanın ikinci ali lideri olmuş Kim Çen İrin ölüm ildönümündə matəm keçirilməyə başlanıb. 70 yaşında vəfat edən Çen İr üçün adətən on günlük matəm elan edilsə də, bu il onun ölümünün onuncu ildönümünü qeyd etmək üçün əlavə 24 saat əlavə olunub.
Qərara görə, bu müddət ərzində spirtli içki içilməməli, gülməməli və şənliklər keçirilməməlidir. Bundan əvvəl matəm zamanı içki içən bir çox insan həbs edilib və ideoloji cinayətkar kimi mühakimə olunub. Həbs edilənlərdən bir daha xəbər çıxmayıb. Matəm günləri ilə üst-üstə düşən insanlar öz ad günlərini belə qeyd edə bilmirlər, ailə üzvlərindən biri ölsə belə ucadan ağlamaq olmaz.