18 Noyabr 2014 06:38
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonun mərkəzində Vestminster sarayında yerləşən Britaniya parlamentinin bir hissəsi bomba partlayışı təhlükəsinə görə təxliyyə edilib.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyinə yerli polisdən bildirilib.

Agentliyin məlumatına görə, şübhəli paket tapılıb. Onun tapıldığı konkret yer açıqlanmayıb. Binanın ətrafındakı küçələrdə hərəkət məhdudlaşdırılıb.

Britaniya parlamenti 19 iyunda da binanın əməkdaşları tərəfindən şübhəli paketin aşkarlanmasından sonra təxliyyə edilmişdi.


Müəllif:

Oxşar xəbərlər