18 Noyabr 2014 02:43
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya və İran olaraq, Qərb ölkələrinin siyasətinə qarşıyıq"

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Tehranda İran parlamentinin rəhbəri Əli Laricani və parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Alaaddin Burucerdi ilə görüşüb.

Teleqraf.com-un İRNA-ya istinadən xəbərinə görə, Laricaninin dəvəti ilə baş tutan rəsmi səfər çərçivəsində Tehrana gələn Narışkin görüşdən sonra təşkil edilən mətbuat konfransında danışıqlar zamanı qlobal və regional problemlər, terrorizm, narkotiklə mübarizə və iqtisadiyyat məsələlərinin müzakirə edildiyini bildirib.

Narışkin Moskva və Tehranın qlobal və regional mövzularda oxşar mövqelərə sahib olduğunu ifadə edərək, "Rusiya və İran olaraq, dünyanın müxtəlif bölgələrindəki böhranların baş aktyoru olan bəzi Qərb ölkələrinin mövcud siyasətinə qarşıyıq" deyib.

Rusiya və İranın Qərbin iqtisadi sanksiyalarına baxışının eyni olduğunu da söyləyən Narışkin, sanksiyaları "siyasi təzyiq vasitəsi" kimi xarakterizə edərək, bunların beynəlxalq hüquqa zidd olduğunu deyib.

İranın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasına müşahidəçi kimi qatılmasını təklif edən Narışkin bu addımın "bölgənin sabitlik və təhlükəsizliyinə xidmət edəcəyinə əmin olduğunu" bidirib.

Narışkin son vaxtlar neftin qiymətinin düşməsi ilə bağlı məsələyə toxunaraq vəziyyəti yaxşılığa doğru dəyişmək üçün "neft istehsal edən ölkələrlə əməkdaşlığa hazır olduqlarını" qeyd edib.

İran parlamentinin spikeri Laricani isə Rusiya ilə hər sahədə yaxşı əlaqələrə sahib olduqlarını, iki ölkənin parlamentləri arasında əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsinin lazım olduğunu vurğulayıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər