18 Dekabr 2021 12:01
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı deputat Aleksey Puşkov NATO və Ukrayna arasında hərbi əməkdaşlığın genişləndirilməsini Rusiya ilə müharibəyə hazırlıq kimi qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Qovorit Moskva” radiosunun efirində bildirib.

“NATO-nun Ukrayna-Rusiya sərhədlərinə daxil olması, praktiki olaraq müharibəyə hazırlıqdır”, - deputat qeyd edib.

Puşkovun sözlərinə görə, Şimali Atlantika Alyansı güc yolu ilə Rusiyanı dialoq masasına gətirməyə və Qərbin şərtlərinə əməl etməyə məcbur etməyə çalışır: “Hazırda Qərb ölkələri “dialoq naminə dialoq”u dəstəkləyir. Bu dialoq pərdəsi altında da hərbi hazırlıq gedir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər