Rusiya dekabrın 18-də Açıq Səma Müqaviləsində iştirakını rəsmən dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Bu il iyunun 7-də Rusiya Prezidenti Vladimir Putin Açıq Səma Müqaviləsini denonsasiya edən qanunu imzalayıb.
Rusiyanın sazişdən çıxması ilə bağlı qərar ABŞ-ın 2020-ci ilin noyabrında müqavilədən rəsmən çıxmasından sonra verilib.
Müqavilədə iştirakın davam etdirilməsi və ya ondan çıxmağın mümkünlüyü məsələsi Belarus tərəfindən hələ də nəzərdən keçirilir. Belarus müqaviləyə çərçivəsində Rusiya ilə vahid qrupa daxildir.