18 Noyabr 2014 07:06
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Xarici işlər naziri Pavlo Klimkin Rusiya tərəfindən anneksiya olunan Krım Muxtar Respublikasında vəziyyətlə bağlı bir sıra mühüm açıqlamalar verib.

Teleqraf.com-un məlumatına görə, Avropa Parlamentinin Xarici İşlər Komissiyasında çıxış edən Klimkin Ukraynanın cənubunda yaranan vəziyyəti faciəli və tahlükəli adlandırıb:

"Krımda vəziyyət qorxuncdur. Hər həftə qətlə yetirilərək itkin düşən Krım tatarlarının cəsədləri bir neçə gün sonra Krımın başqa bölgələrində tapılır ".

Klimkin Krımda tatarlar və ukraynalıların konstitusional haqlarını istifadə edə bilmədiklərini və özlərini davamlı təhdid altında hiss etdiklərini vurğulayıb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər