ABŞ Hərbi Dəniz Qüvvələrinin Zərbə Qrupu (CSG) artıq Rusiyaya “qarşısıalınmaz dəniz nəhəngi” kimi görünmür.
Teleqraf.com xəbər verir ki, bu barədə “National Interest” nəşrində dərc olunan məqalədə bildirilib.
Rusiya silahlarının inkişafı bu ölkəyə CSG ilə müqayisədə üstünlük təmin edib.
Nəşrə görə, Rusiyanın yeni qanadlı gəmi əleyhinə hipersəs raketi 3M22 “Zirkon” açıq dənizlərdə qüvvələr balansını kökündən dəyişdirəcək.
Nəşr həmçinin nüvə enerjisi ilə işləyən sualtı pilotsuz “Poseydon” vasitələrindən də bəhs edib:
“CSG artıq keçmişdə olduğu kimi, qarşısıalınmaz dəniz nəhəngi deyil. Rusiya getdikcə daha çox əmin olur ki, NATO ilə müharibə olacağı təqdirdə bu hərbi birləşmələri zərərsizləşdirmək üçün vasitələri var”.