Rusiya Dövlət Dumasının sədr müavini Aleksandr Jukov rusiyalıların 49 faizinin SSRİ-yə qayıtmaq istəyinin əks olunduğu sorğuya münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, “Kommersant”a danışıb.
Jukov sorğunun nəticələrini “nostalgiya” adlandırıb.
“Yəqin ki, cəmiyyətdə sovet dövrünün nostalgiyası var. Sovet dövrü ilə bağlı belə bir illüziya hakimdir ki, onda hamı eyni, vicdanla yaşayır, varlı-kasıb yox idi”, - deputat bildirib.