18 Noyabr 2014 07:59
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ildə terror aktları nəticəsində ölüm hallarının sayı 2012-ci illə müqayisədə 61% artıb.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə İqtisadiyyat və Sülh İnstitutu-nun (İEP) hesabatında bildirilib.

Belə ki, 2013-cü ildə dünyada 10 minə yaxı terror aktı törədilib, nəticədə 18 min insan həyatını itirib.

Terror aktlarının əksəriyyəti “İŞİD”, “Əl-Qaidə”, “Taliban”, “Boko Haram” kimi radikal islamçı qruplaşmaları tərəfindən törədilib. 2013-cü ildə terrordan ən çox İraq əhalisi zərər çəkib. Ötən il İraqda 6 000 insan terror aktlarının qurbanı olub. Ölüm hallarının 80%-i beş ölkənin - İraq, Əfqanıstan, Pakistan, Nigeriya və Suriyanın payına düşür.


Müəllif:

Oxşar xəbərlər