Türkiyənin İzmir şəhərində kömür mədənində partlayış olub.
Teleqraf.com xəbər verir ki, yerli vaxtla saat 21:00-da Kınık rayonunda baş verən partlayış nəticəsində 8 işçi xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
İzmir vilayətinin Valisi Yavuz Selim Köşger öz Tviter hesabında qeyd edib ki, yaralıların vəziyyəti normaldır, onların xəsarətləri yüngüldür, hadisə nəticəsində ölən, həmçinin ağır yaralı yoxdur.