18 Noyabr 2014 08:46
1 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Xarici işlər naziri Con Kerri Suriyada Bəşər Əsəd rejimi ilə İŞİD-in bir-birindən asılı olduğunu bildirib. Kerri bəyan edib ki, hər iki tərəfin arasında "sembiotik əlaqə”nin olması danılmaz faktdır.

Teleqraf.com-un məlumatına görə, o, müvafiq açıqlama ilə Vaşinqtonda Foreign Policy qrupu ilə ABŞ Xarici işlər nazirliyinin ortaq şəkildə təşkil etdiyi Qlobal Meyllər Strateji Forumunda çıxış edib.

Dövlət katibi öz çıxışında ABŞ-ın Orta Şərq siyasətinə və xüsusilə, İŞİD-ə qarşı icra edilən əməliyyata geniş yer ayırıb. Onun sözlərinə görə, "İŞİD-ə qarşı Suriyada gerçəkləşdirilən hava hücumları, əslində, Əsədin işinə yarayır".

ABŞ rəsmisi baş verənləri "Suriyadakı siyasi həqiqəti səhv anlamanın bir məhsulu" kimi dəyərləndirib.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər