20 Dekabr 2021 08:45
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya təhlükəsizlik orqanları terror təhlükəsini kəskin şəkildə azaltmağa müvəffəq olub. Cari ilin 11 ayında 32 terror aktının qarşısı alınıb.

Teleqraf.com-un məlumatına görə, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təhlükəsizlik orqanları işçilərinin peşə bayramı münasibətilə videomüraciətində bildirib.

"Son illərdə bu çətin, son dərəcə məsuliyyətli sahədə mühüm uğurlar və bütövlükdə müsbət dinamika var. Terror təhlükəsinin kardinal şəkildə azalmasına nail olduq", deyə Vladimir Putin bildirib.

Onun sözlərinə görə, son 11 il ərzində 200-dən artıq, cari il ərzində isə 32 terror aktının qarşısı alınıb. "Bu yaxşı nəticədir, lakin problemlər hələ də mövcuddur", - deyə Rusiya Prezidenti qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər