Türkiyənin Qaraman Ermenek rayonundakı mədən ocağında daha 6 fəhlənin cansız bədəni tapılıb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, mədənin 4-cü dərinliyində aşkar olunan cəsədlər Ermenek Dövlət Xəstəxanasına göndərilib. Bu zaman xəstəxana qarşısında təhlükəsizlik tədbirləri artırılıb.
Mədəndə dağıtılar altında qalan 8 fəhlənin axtarışlarının davam etdiyi bildirilir davam etdiyi qeyd olunub.
Qeyd edək ki, oktyabrın 28-də Ermenekdəki kömür mədənində süxurun dağılması, daha sonra isə mədəni su basması ilə nəticələnən qəza baş verib. Uçqun zamanı 18 fəhlə dağıtılar altında köməksiz qalıb.
Samir