20 Dekabr 2021 09:53
1 889
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məxfi sənədləri və yazışmalarını əldə edən “Nyu-York Tayms” Amerika ordusunun Yaxın Şərqdə həyata keçirdiyi hərbi hava əməliyyatlarının fiasko ilə nəticələndiyini yazıb.

Teleqraf.com xəbər verir ki, bu hücumlarda çox sayda mülki insanın öldüyü və bunun gizlədildiyi bildirilib.

İraq, Suriya və Əfqanıstanda keçirilən hava hücumlarının böyük uğursuzluqla nəticələndiyi vurğulanan xəbərdə bu durum “fiasko” olaraq qiymətləndirilib.

Kəşfiyyat işində zəiflik olduğu və bu səbəbdən hədəflərin məhv edilə bilmədiyi, əvəzində çox sayda mülki insanın öldürüldüyü də bildirilib.

Rəsmi məlumatlara görə, bu əməliyyatlarda 1500-ə yaxın mülki şəxs həyatını itirib.

2014-cü ildən bu günə qədər yüzlərlə sənədi araşdıran NYT Türkiyə ilə bağlı detala da yer verib. 2016-cı ilin aprelində ABŞ ordusunun Mosulun şərqində bir evə endirdiyi hava hücumunda İŞİD-in avstraliyalı üzvü Neyl Prakaşı öldürüldüyü bildirilib. Amma Pentaqonun hesabatından aylar sonra Prakaş Suriyadan Türkiyəyə keçmək istəyərkən saxlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu