Nigeriyanın Kaduna əyalətində baş verən hücumlarda 38 nəfər həlak olub. Çox sayda ev yandırılarkən bölgəyə təhlükəsizlik qüvvələri göndərilib.
Teleqraf.com xəbər verir ki, Kadunanın təhlükəsizlik və daxili işlər komissarı Samuel Aruvan silahlı şəxslərin əyalətin Giva rayonundakı kəndlərə hücum etdiklərini bildirib.
Aruvan 38 nəfərin həyatını itirdiyini, çox sayda yaralının olduğunu deyib. Bir çox evin yandırıldığını qeyd edən Aruvan bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini söyləyib.
Son zamanlar ölkədə silahlı şəxslərin motosikletlərlə hücumları səbəbindən bəzi əyalətlərdə bu avtomobillərin istifadəsi qadağan edilib.
Bölgələr zaman-zaman heyvandarlıqla məşğul olan fulanilərlə dolanışığını əkinçiliklə təmin edən bəzi tayfalar arasında şiddətli qarşıdurmalara səhnə olur. Ötən il Kadunada silahlı şəxslərin hücumları nəticəsində 937 nəfər həyatını itirib, 1972 nəfər isə qaçırılıb.
Heyvanlarını otarmaq üçün ölkənin cənubuna köç edən fulanilər fermerlərin heyvanlarını oğurlamağa çalışdıqlarını və buna görə onlara hücum etdiklərini iddia edirlər.