20 Dekabr 2021 13:00
8 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden milli təhlükəsizlik orqanlarının rəhbərlərinə Rusiyanın Ukraynaya qarşı gözlənilən işğalının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etməyi tapşırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanalı rəsmi mənbələrə istinadla məlumat yayıb.

Amerika lideri Krımın Rusiyaya “ilhaq” edilməsi ssenarinin təkrarlanmasından ehtiyat edir.

“Biz bütün lazımi addımları hesablamışıq, bunları həyata keçirmək üçün cəmi dörd həftəmiz var”, - adı açıqlanmayan mənbə CNN-ə deyib.

Co Baydenə yaxın yüksək vəzifəli şəxslər vurğulayırlar ki, 2014-cü ildə Moskvaya qarşı tətbiq edilən sanksiyalar konkret dövlət şirkətlərinin orta və uzunmüddətli inkişafının qarşısını almaq məqsədi daşıyır.

“Hazırda təklif olunan variantlar isə daha ciddidir və dərhal həyata keçiriləcək. Bunlar Rusiya iqtisadiyyatı və onların maliyyə sistemi üçün ciddi nəticələrə səbəb olacaq”, - rəsmi mənbə qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər