21 Dekabr 2021 08:25
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron onun transseksual olması ilə bağlı internetdə yayılan söz-söhbətlərə görə hüquq-mühafizə orqanlarına şikayət edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə BFM.TV məlumat yayıb.

Məlumata görə, ultrasağ siyasi qüvvələrin tərəfdarları Fransa liderinin həyat yoldaşının cinsiyyətinin dəyişdirilməsindən şübhələnib və sosial şəbəkələrdə bu mövzuda aktiv yazılar dərc etməyə başlayıblar. İddia müəllifləri Bricit Makronun Jan-Mişel Tronier kişi adı ilə doğulduğunu deyirlər. Qeyd olunur ki, Tronier prezidentin xanımının qızlıq soyadıdır.

Məlumatda qeyd edilib ki, Makron və həyat yoldaşı fotoqraf Tibo Dalifarddan Paris prokurorluğuna şikayət edib. Fotoqrafın yay tətilində olarkən Bricit Makronun çəkdiyi fotosu dövlət başçısını qəzəbləndirib. Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

İddia Fransada geniş müzakirə mövzusuna çevrilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər