21 Dekabr 2021 11:25
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş maliyyə naziri Pol Kreyq Roberts NATO-Rusiya münasibətlərinə dair məqalə yazıb.

Teleqraf.com xəbər verir ki, məqalə sabiq nazirin şəxsi saytında dərc olunub.

O, məqaləsində NATO baş katibi Yens Stoltenberqi “Vaşinqtonun ucuz marionetkası” adlandırıb.

Yazısında Rusiyanın NATO-dan təhlükəsizlik zəmanəti tələblərinə toxunan Kreyq qeyd edib ki, Stoltenberq buna cavab vermək əvəzinə Kremlin gözünə tüpürür.

Stoltenberq bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə cavab verib. Onun sözlərinə görə, Rusiya NATO ilə razılaşmada Ukraynanın maraqlarını nəzərə almalıdır.

O qeyd edib ki, belə bir sazişin bağlanması zamanı tərəflər NATO-nun avropalı tərəfdaşları, o cümlədən Ukrayna ilə məsləhətləşməlidirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər