Rusiya NATO infrastrukturunun Ukrayna, Gürcüstan və Moldovada yerləşdirilməsinə imkan verməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov “Solovyov LIVE” “YouTube” kanalında bildirib.
“Düşünürəm ki, bəli. Yoxsa, cavab tamamilə fərqli olacaq”, - deyə o müvafiq suala cavab verib.
Qeyd edək ki, dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi ABŞ və NATO ilə təhlükəsizlik təminatlarına dair saziş layihələrini dərc edib.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla telefon danışığı aparıb. Onlar xüsusilə Rusiyanın təhlükəsizlik təkliflərini müzakirə ediblər.