Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın gərginliyi artırmasının qarşısını almaq üçün beynəlxalq cəmiyyətin meydana çıxan hadisələrə reaksiyalar vermək əvəzinə qabaqlayıcı tədbirlər görməli olduqlarını elan edib.
Teleqraf.com xəbər verir ki, Prezident Zelenski bu bəyanatını Litva, Polşa və Ukrayna liderlərinin üçlü görüşü zamanı səsləndirib.
Qeyd edək ki, üçtərəfli görüşdə Rusiyanın hərbi fəaliyyəti daxil olmaqla Polşa və Litva sərhədində yaşanan qaçqın problemi müzakirə edilib.
Ukrayna Prezidenti Zelenski görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib ki, Rusiyanın gərginliyi artırmasının və Avropada təhlükəsizlik vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət artıq baş vermiş hadisələrə reaksiya verməkdənsə, qabaqlayıcı addımlar atmalıdır.
"Biz bu gün Litvadan və Polşadan olan dostlarımızla görüşürük, çünki onlar başa düşürlər ki, bizim də bu gün onların dəstəyinə ehtiyacımız var”,- Ukrayna prezidenti deyib.