21 Dekabr 2021 17:52
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadakı türk toplumlarının mədəniyyətlərini sənədləşdirmək istəyən Nazgül Kenzhetay və Emin Karaçak otellərinin qarşısında Rusiyanın “Ekstremizmlə Mübarizə” bölməsi tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 16-da Rusiyanın Xakasiya Respublikasında baş verən insidentdə türk redaktorlar əşyaları ilə müsadirə edilib, bütün çəkdikləri silinib və onlar “casusluq”da ittiham olunub.

GZT redaktorları cümə günü Xakasiyanın paytaxtı Abakandakı “miqrasiya mərkəzinə” gətirilib və deportasiya edilmək üçün ayrı kameralara salınıb.

GZT redaktorlarına “10 günlük həbsdən sonra” deportasiya ediləcəyi bildirilib. Ancaq Kenzhetay və Karaçakın məlumatına görə, Rusiya hakimiyyəti 10 günlük müddəti uzatmaq üçün prosesi ləngidir.

Türk redaktorların saxlandığı “miqrasiya mərkəzində” insan haqları pozuntuları baş verir. Karaçak və Kenzhetay qaldıqları kameralarda istilik olmadığını, xəstə olmaları üçün ventilyasiyanın açıldığını, isti suyun olmadığını, gündə iki dəfə hava almaq üçün çölə çıxa bildiklərini, telefonlarının əllərindən alındığını qeyd ediblər.

Digər tərəfdən, onların qaldıqları kameralar 7/24 izlənilib və məxfilikləri pozulub.

Rusiyada gedən xəbərlərdə Kenzhetay və Karaçak kimi “anti-Rusiya təbliğatı aparmaq, casusluq etmək, türklərin Rusiya hökmranlığı altında ağır şəraitdə yaşadıqlarını göstərməyə və İslamı yaymağa çalışmaq” kimi əsassız böhtanlar yer alır. Lakin Xakasiya türkləri türk redaktorlarının acınacaqlı vəziyyətindən xəbərdar olaraq Kenzhetay və Karaçaka yemək-içmək gətiriblər.

Daha əvvəl çəkiliş apardıqları Yakutiya və Altayda saxlanılan Kenzhetay və Karaçak cərimə olunaraq sərbəst buraxılmışdı. GZT redaktoru Emin Karaçak Rusiyada böyük çətinlik yaşamadıqlarını, lakin Türk Cümhuriyyətlərinə daxil olduqdan sonra təzyiqlərin artdığını bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər