21 Dekabr 2021 23:27
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda min kubmetr üçün 2 100 ABŞ dollarından yuxarı olub.

Teleqraf.com xəbər verir ki, Londonun “İCE Futures” birjasında keçirilən hərracda TTF qovşağında yanvar fyuçerslərinin qiyməti hər min kubmetr üçün 2 107 ABŞ dolları səviyyəsində ticarəti başa vurub.

Beləliklə, qazın qiymətinin ümumi artımı təxminən 23% təşkil edib.

Qeyd edək ki, Avropada qazın qiymətinin sürətlə artması səhər saatlarından başlayıb. Bu günün rekord qiyməti isə 2190,4 ABŞ dolları təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər