22 Dekabr 2021 09:59
3 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Ərdoğanın hökumətin iclasından sonra verdiyi açıqlama valyutadəyişmə məntəqələrində dollar və avronun türk lirəsi qarşısında geri çəkilməsinə səbəb olmuşdu.

Teleqraf.com xatırladır ki, Prezident Ərdoğanın açıqlamasından sonra türk lirəsi 1 dollar qarşılığında 18.4-dən, 12,61-ə düşmüşdü.

Eyni vəziyyət avro və qızılın alqı-satqısında da müşahidə edilmişdi.

Bu gün səhər saatlarında 1 dollar 12,39, 1 avro 13,97 lirə səviyyəsində qərar tutub.

TRT-də qatıldığı canlı yayımda vəziyyəti qiymətləndirən Xəzinə və maliyyə naziri Nurəddin Nabati ilə eyni dəqiqələrdə Mərkəzi Bankın verdiyi dəstək açıqlamasından sonra türk lirəsi mövqeyini bir qədər də möhkəmləndirə bilib. Beləcə sərt devalvasiyadan sonra 1 dollar 11, 50 lirəyə satılıb.


Müəllif: Nemət

Oxşar xəbərlər