Onu cangüdəni ilə aldadan və İngiltərəyə qaçan altıncı arvadı Şahzadə Haya ilə boşanma müqaviləsi açıqlanan Dubay Əmiri əl-Məktumun keçmiş həyat yoldaşına 554.5 milyon funt-sterlinq ödəməsi qərara alınıb.
Teleqraf.com xəbər verir ki, Şahzadə Haya əri, BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Məktumu cangüdəni ilə xəyanət etməsi yenidən gündəmə gəlib.
Münasibətlərini gizli saxlamaq üçün mühafizəçiyə rüşvət verdiyi bildirilən şahzadə Haya İngiltərəyə qaçmışdı.
2019-cu ildə əl-Məktum və Haya gizli məhkəmədə boşandıqdan sonra boşanma müqaviləsinin təfərrüatları üzə çıxıb. İngiltərə Ali Məhkəməsi Şeyx Məktumdan boşanma müqaviləsi çərçivəsində keçmiş həyat yoldaşına 554.5 milyon funt sterlinq ödəməsinə qərar verib.
Məhkəmə qərarına əsasən, əmir altıncı həyat yoldaşı, 48 yaşlı şahzadə Hayaya 251.5 milyon funt-sterlinq və bəzi ödənişləri etməli olacaq. Bu ödənişlər övladları Cəlilə və Zayedin tətil, ev baxımı və digər ehtiyaclarını, həmçinin ildə 11 milyon funt-sterlinq təhlükəsizlik xərclərini qarşılayacaq.
Davam edən ödənişlər üçün 290 milyon sterlinqlik bank zəmanəti və 10 milyonluq ilkin ödəniş istənilib. Bundan əlavə, Əmirin övladlarının təhsili üçün əlavə 3 milyon funt-sterlinq ödəməsi qərara alınıb.
Şahzadə Hayanın nikahının pozulması ilə bağlı ömürlük təhlükəsizliyini və itirdiyi əmlakını kompensasiya etməkdən başqa özü üçün heç bir pul tələb etmədiyi bildirilib.
Şahzadə Hayanın onu şantaj edən 4 cangüdənə 6.7 milyon funt-sterlinq ödədiyi də bildirilib. 550 milyon funt-sterlinqdən çox olan ümumi məbləğin Britaniya məhkəməsi tərəfindən indiyə qədər verilmiş ən böyük boşanma müqaviləsi olduğu deyilir.